Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub


Dünya 24 May 2019 16:57:00 250 0

Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub

Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) orduda qadınların da hərbi xidmət keçməsi təklifi ilə çıxış edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təklifi parlamentin iclası zamanı bir neçə deputat səsləndirib.

Deputatlar bildirib ki, Türkiyənin hər bir vətəndaşı orduda xidmət etməlidir: "Türk qadınlarının hərbi xidməti üçün hər bir şərait yaradılmalıdır".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar hərbi xidmətdə yeni sistemin yaradıla biləcəyini demişdi.