Tramp bu şəxsi təhqir etdi:


Dünya 24 May 2019 14:54:00 216 0

Tramp bu şəxsi təhqir etdi:

"ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Reks Tillersonu küt adlandırıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, o, bunu öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib ki, R.Tillerson Rusiya Prezidenti Vladimir Putinin ondan daha hazırlıqlı olması barədə hekayə uydurub:

"Reks Tillerson daş kimi küt bir adamdır və dövlət katibi vəzifəsinə qətiyyən uyğun biri deyil. O hekayə uydurub ki, guya mənim 2017-ci ilin iyulunda Hamburqda Putinlə görüşüm zamanı, o məndən daha hazırlıqlı olub. Hesab etmirəm ki, Putin bu fikirlə razılaşar".