Liverpool da bilet sayının azlığından şikayətləndi


İdman 24 May 2019 14:36:00 294 0

Liverpool da bilet sayının azlığından şikayətləndi

İngiltərənin Liverpool klubu UEFA Çempionlar Liqasında ölkənin digər təmsilçisi Tottenham-lə final oyunu üçün biletlərin bölüşdürülməsindən narazıdır.

Goal.az “Independent” nəşrinə istinadən xəbər verir ki, “qırmızlar” hər bir finalçı üçün ayrılan 16613 biletin az olduğunu düşünürlər. Klubun icraçı direktoru Piter Murun gələn həftə UEFA prezidenti Aleksandr Çeferinlə görüşdə bu məsələni qaldıracağı bildirilir.

Final matçı iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki 67829 nəfərlik “Metropolitano” stadionunda keçiriləcək.

Daha əvvəl, Arsenal klubu UEFA-nı Bakıda keçiriləcək Avropa Liqasının Chelsea ilə final oyunu üçün az sayda, cəmi 5801 bilet ayırmaqda ittiham etmişdi. Lakin bir müddət sonra finalçılar ayrılmış biletlərdən satılmayan 5 minə yaxın bileti Bakıya göndərib.