DİM "Azərbaycan dili" fənni üzrə imtahan keçirəcək


Digərləri 24 May 2019 14:34:00 203 0

DİM "Azərbaycan dili" fənni üzrə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 26-da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçiriləcəkdir.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış-saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

imtahana buraxılış vərəqəsini;

şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayanlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini.

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).