Mourinyo: "Bakıda Arsenal üzərində daha çox təzyiq olacaq"


İdman 24 May 2019 14:01:00 248 0

Mourinyo: "Bakıda Arsenal üzərində daha çox təzyiq olacaq"

Joze Mourinyo İngiltərənin Arsenal Chelsea komandaları arasında Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə şərhçi kimi fikirlərini bölüşüb.

Goal.az "İndependent.ie" saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis avrokubokların finalında İngiltərə təmsilçilərinin iştirak etməsindən məmnunluq ifadə edib. "Növbəti mövsümün əvvəlində UEFA Super Kubokunda da İngiltərə komandaları olacaq. Bu möhtəşəm bir xəbərdir. Hazard Chelsea üçün önəmli futbolçudur. Böyük ehtimalla, final görüşü onun komandada son oyunudur. Azar meydanda fantastik oyunçu olmağa çalışacaq. O, kubok qazanaraq Real-ə gedə bilər".

Portuqaliyalı mütəxəssis digər finalçı Arsenal haqqında da danışıb: "Finalda Arsenal-ın üzərində daha çox təzyiq olacaq. Onlar növbəti mövsüm Çempionlar Liqasında çıxış etmək üçün mübarizə aparacaqlar".

Qeyd edək ki,  Chelsea - Arsenal finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.