Qocalar evində 92 yaşlı qadını yastıqla boğub öldürdülər


Kriminal 24 May 2019 14:24:00 238 0

Qocalar evində 92 yaşlı qadını yastıqla boğub öldürdülər

Fransada qocalar evində ölüm hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 92 yaşlı ahıl qadının öldürüldüyü bildirilir.

Ehtimallara görə, o, yastıqla boğulub. Qadının üz nahiyəsində zorakılıq əlamətləri aşkarlanıb.

Həkimlər qadının ölüm kağızında onun kəllə-beyin travması aldığını da qeyd ediblər.