Alimlər açıqladı: Ən təhlükəli siqaretlər...


Digərləri 24 May 2019 14:29:00 197 0

Alimlər açıqladı: Ən təhlükəli siqaretlər...

ABŞ-ın Cənubi Karolina Tibb Universitetinin alimləri siqaretin insan səhhətinə mənfi təsirlərini araşdırıblar.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, araşdırma nəticəsində filtrsiz siqaretlərin insan səhhəti üçün daha təhlükəli olduğu bəlli olub.

Elm adamlarına görə, filtrsiz siqaretlər ağciyər xərçənginə yoluxma riskini iki dəfə artırır.

Hazırda ağciyər xərçənginə yoluxma halının 90%-nin siqaret çəkməklə bağlı olduğu bildirilib. Qeyd edilib ki, xəstəliyə yoluxma ehtimalı siqaretin yüngül, mentol, yaxud ultra-yüngül olmasından asılı deyil.

Araşdırmaya rəhbərlik edən Nina Tomas qeyd edib ki, bir çox insanlar yüngül siqaretlərin təhlükəsizlik olduğunu düşünsə də, bu, həqiqəti əks etdirmir.