Velosipedçimiz Tokio-2020 üçün daha 3 lisenziya xalı qazanıb (FOTO)


Digərləri 24 May 2019 13:55:00 235 0

Velosipedçimiz Tokio-2020 üçün daha 3 lisenziya xalı qazanıb (FOTO)

Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Çabanı Turu” keçirilib.

Bakı. Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Çabanı Turu” keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycanın Elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun “Lvov” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədovla Samir Cəbrayılov da mübarizə aparıb. 133 km məsafəni 3 saat, 20 dəqiqə, 27 saniyəyə qət edən Elçin Əsədov finiş xəttini 10-cu keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu “Lvov” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. “Minsk” klubunun heyətində çıxış edən Samir Cəbrayılova gəlincə, o 17-ci olub.