Yaxın vaxtlarda Milli Oftalmologiya Mərkəzinin Şəki filialı fəaliyyətə başlayacaq


Digərləri 24 May 2019 13:09:00 212 0

Yaxın vaxtlarda Milli Oftalmologiya Mərkəzinin Şəki filialı fəaliyyətə başlayacaq

"Yaxın vaxtlarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Şəki filialı da fəaliyyətə başlayacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu MOM-un direktoru Elmar Qasımov "Oftalmologiyanın bu günü və gələcəyi" adlı konfransda deyib.

Onun sözlərinə görə, mərkəz fəaliyyətə başladığı 10 il ərzində stasionar pasiyentlərin sayı 90 224 nəfər olub: "Bu müddətdə 82 468 cərrahiyyə əməliyyatı aparılıb, mərkəzdə 1 milyon 710 nəfər ambulator müayinə edilib. MOM-un Səyyar Klinikasında 22 692 nəfərə baxış keçirilib, onlardan 2 minə yaxını üzərində cərrahiyyə əməliyyatı aparılıb".