Tofiq Müxtəsərov: Bakı Ali Neft Məktəbi mənim hədəfim olub


Digərləri 24 May 2019 12:47:05 158 0

Tofiq Müxtəsərov: Bakı Ali Neft Məktəbi mənim hədəfim olub

Bu günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV qruplar üzrə keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Bakı. Bu günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV qruplar üzrə keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə görə ölkədə I qrup üzrə qəbul imtahanında maksimal bal (400) toplamış, ümumi balı 665 olan, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin məzunu Tofiq Müxtəsərovla müsahibəni sizə təqdim edirik. - Qəbul imtahanı haqqında təəssüratlarınız necədir? - Əvvəlki illərin qəbul imtahanı sualları ilə müqayisədə builki qəbul sualları daha çətin idi. Xüsusilə fizikadan düşən suallarda çətinlik vardı, riyaziyyat və kimyadan düşən suallar daha rahat idi. Tanıdığım abituriyentlərin çoxu fizikadakı suallarda çətinlik çəkib və balları aşağı düşüb. Ümumiyyətlə, bu ilki suallar abituriyentlərdən daha çox diqqət tələb edirdi. - Abituriyentlər qəbul imtahanında yaxşı nəticə göstərmək üçün nələrə fikir verməlidir? - Əsas məsələ sistemli, ardıcıl olmaq və vaxtı düzgün bölməkdir. Bir də abituriyentlər gərək oxu materiallarını davamlı və rejimlə oxuyub həzm eləsin. Burda ən vacib məsələ odur ki, oxu materiallarını qavrayanda beyin yüklənməməlidir. Beyin rahat olanda fənlərdəki bilikləri daha asanlıqla anlayırsan. - Bakı Ali Neft Məktəbi (BANM) haqqında hansı mənbədən məlumat almısız?