31 martda bələdiyyə sədri seçilmişdi,


Dünya 24 May 2019 12:27:00 175 0

31 martda bələdiyyə sədri seçilmişdi,

Türkiyənin Konya şəhərində Doğanhisar rayon bələdiyyə rəhbəri, MHP-li İhsan Öztoklu ürəyindən bıçaqlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ilqın Dövlət Xəstəxanasına yerləşdirilən Öztoklunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, 3 nəfər saxlanılıb.

Qeyd edək ki, iki uşaq atası olan İhsan Öztoklu bu il martın 31-də keçirilən bələdiyyə seçkilərində 52,46 faiz səslə Doğanhisar rayon bələdiyyə rəhbəri seçilib.