Bakıda 60 yaşlı kişinin boğazı kəsilərək öldürülməsi ilə bağlı cinayət işi başlandı


Digərləri 24 May 2019 12:24:00 176 0

Bakıda 60 yaşlı kişinin boğazı kəsilərək öldürülməsi ilə bağlı cinayət işi başlandı

Bakıda 60 yaşlı kişinin boğazı kəsilərək qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb

Bakı. Samir Əli - Bakıda 60 yaşlı kişinin boğazı kəsilərək qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 24-də 1959-cu il təvəllüdlü Şamil Xələfovun bıçaqlanaraq öldürülməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.