Azərbaycanda dəhşətli hadisədə ölən 13 yaşlı məktəblinin FOTOsu


Digərləri 24 May 2019 12:17:00 198 0

Azərbaycanda dəhşətli hadisədə ölən 13 yaşlı məktəblinin FOTOsu

Dünən Yevlax rayonunda mikroavtobusun dəhşətli qəzaya düşməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Mingəçevir istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtobusun qəzaya uğramasına nəqliyyat vasitəsinin arxa təkərlərindən birinin yerindən çıxması səbəb olub. Nəticədə mikroavtobus gəldiyi sürətlə aşaraq yolun kənarına yuvarlanıb.

Bildirilir ki, bu nəqliyyat vasitələri istehsalçı şirkət tərəfindən kiçiktutumlu yük maşını kimi istismara verilib. Daha sonra isə həmin nəqliyyat vasitələrinin iinə oturacaqlar yerləşdirilərək, pəncərələr açılaraq avtobusa çevrilib.

2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə hadisə yerində keçinib. 13 yaşlı Sevindikin anası Gülər İmanova isə hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

Hadisədə vəfat edən yeniyetmənin fotosunu təqdim edirik.


Xəbərə aid foto