Runi məşqçi olmağa hazırlaşır


İdman 24 May 2019 12:13:00 238 0

Runi məşqçi olmağa hazırlaşır

DC United-in hücumçusu Ueyn Runi karyerasını bitirdikdən sonra hansı işlə məşğul olacağını dəqiqləşdirib. 

Goal.az-ın məlumatına görə, 34 yaşlı forvard məşqçi kimi özünü sınamaq fikrindədir: "Karyeramı bitirdikdən sonra məşqçiliklə məşğul olacam. Həyatımı futbolda keçirmişəm. Mən bu idman növünü sevirəm. Özümü baş məşqçi kimi sınamaq qəribə olar və uğur qazanacağıma ümid edirəm. Yüksək səviyyəli futbolçularla oynamışam, futbol barədə çox məlumatım var".

Xatıladaq ki, Ueyn Runi bu mövsüm meydana çıxdığı 13 oyunda 7 qol, 3 assistlə yadda qalıb.