24 il işləyib pensiya ala bilməyənlər nə etsin?


Digərləri 24 May 2019 11:49:00 235 0

24 il işləyib pensiya ala bilməyənlər nə etsin?

"Bu ildən "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni, əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o 25 illik pensiya stajı ilə pensiyaya çıxır". 

Son.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, qanuna bu kimi dəyişikliyin edilməsi yaxşı hal olsa da, bütün yaşlı insanların pensiya almasına imkan vermir:

"Məsələ ondadır ki, elə vətəndaşlarımız var, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir.