Bakıda 60 yaşlı kişi bacısını bıçaqladı


Kriminal 24 May 2019 11:19:00 209 0

Bakıda 60 yaşlı kişi bacısını bıçaqladı

Bakıda bacısını bıçaqlamaqda təqsirləndirilən Mərdan Qədimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 60 yaşlı M.Qədimov aralarında yaranmış mübahisə zəminində bacısı, 1974-cü il təvəllüdlü Gülarə Nuriyevanı bıçaqlayıb. G.Nuriyeva xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.