Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi


Kriminal 24 May 2019 10:59:00 230 0

Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi

Bakıda orta məktəb şagirdi quldurluq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib.

Həmin qəsəbədə yaşayan 2003-cü il təvəllüdlü Mustafazadə Yaqub Qaraş oğlu tanışı, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yaşayan 2005-ci il təvəllüdlü Heydərli Amin Səxavət oğlunu bıçaqla öldürməklə hədələyib. Bundan sonra M.Yaqub H.Aminin yaşadığı evə gəlib.

Mustafazadə Yaqub mənzilə daxil olaraq seyfdən 3690 manatı götürərək hadisə yerindən qaçıb.