Sərxoş millət vəkili arvadını gec soyunduğuna görə döydü


Dünya 24 May 2019 10:44:00 228 0

Sərxoş millət vəkili arvadını gec soyunduğuna görə döydü

ABŞ da millət vəkili xanımını döyüb.

Son.az BBC-yə istinadla xəbər verir ki, Missisippi ştatının millət vəkili sərxoş haldaykən xanımını yumruqlayıb.

58 yaşlı Doug McLeod ötən gün ailədaxili şiddətdən saxlanılıb. Deyilənə görə, deputat xanımını seks vaxtı paltarını gec soyunduğuna görə döyüb.

Millət vəkili haqqında yayılan iddiaları nə təsdiq edib, nə də inkar. İddiaların doğru olduğu təqdirdə onun istefası tələb olunur.

Sun Herald-ın yazdığına görə, şikayətlə bağlı onun evinə basqın edən polislər deputatı sərxoş halda və əlində içki şüşəsi ilə yaxalayıblar. Həmin vaxt evdə McLeodun xanımından başqa qadın da olub. O, polislərə ifadəsində bildirib ki, qonşusuna yardım etmək üçün gəlib və mənzilə daxil olanda qadını üzü-gözü qan içində görüb.


Xəbərə aid foto