Balıq tutmağa getdi, boğulub öldü


Digərləri 24 May 2019 10:39:00 246 0

Balıq tutmağa getdi, boğulub öldü

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 24-də rayonun Cavad-Zəngənə kəndi yaxınlığında yerləşən kanalda baş verib. Balıq tutmağa gedən Anar Cəfərov və Fərahim Mikayılov axşam saat 20 radələrində qamışlıqdan meyit tapıblar. Onun həmin kanalda balıq tutmağa gedən Elmi Əliyev olduğu müəyyən edilib.

İlkin ehtimala görə, E.Əliyev balıq tutarkən yıxılaraq kanala düşüb və boğularaq ölüb. Meyit üzərində xəsarət izləri akşar edilməyib, araşdırma aparılır.