Həbsxanadaykən sevgilisini hamilə qoyan, 30 qadını zorlayan tələbə


Digərləri 24 May 2019 09:42:00 330 0

Həbsxanadaykən sevgilisini hamilə qoyan, 30 qadını zorlayan tələbə

Sevdiyi qadınla yatmayıb, 30 qadını zorlayıb öldürən qatilin hekayəsi...

"İnsanlar unutmamalıdır ki, qatillərin dişləri iti olmur, onlar küçədə ağzı köpüklü halda gəzmirlər. Qatillər daim insanların arasındadır. Hətta, ən sevdiyiniz, ən çox dəyər verdiyiniz insan belə bir anda vəhşi birinə çevrilə bilər"

Son.az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (10-cu sayı) təqdim edir:

Avtobioqrafik janrında olan filmlər əsasən məşhur idmançı, musiqiçi, yazar və ya başqa görkəmli birinin həyatınandan bəhs edir. Həmin filmlərdə tanınmışların keçirdiyi çətin həyat tərzi qabardılır, izləyicilərdə ona qarşı rəğbət ya da əksinə, nifrət yaradılır.

Avtobioqrafik-dram janrında olub, dilimizə "Yaraşıqlı, pis və əclaf" kimi tərcümə edilən "Extremely wicked, evil and vile" filminin qəhrəmanı isə tanınmış olsa da, xaraktercə tamamilə fərqli biridir. O, təcavüzkar, qatil, nekrofil (ölülərlə cinsi əlaqəyə girən şəxs) və pedofildir.

1 saat 50 dəqiqədən çox davam edən "Netflix" filmi ABŞ-da baş verən real hadisələr əsasında çəkilib. Rejissor işinin peşəkarlığı ilə seçilən kinonu Google istifadəçilərinin 81 faizi bəyənib.

Elizabet Kendallın sevgilisi ilə bağlı xatirələrindən ibarət "The Phantom Prince: My Life with Ted Bundy" kitabından ilhamlanaraq ekranlaşdırılan kinonun qəhrəmanı hüquq fakultəsinin psixoloji problemləri olan tələbəsidir. O, 30-dan çox qadını öldürməkdə ittiham olunsa da, Elizabeti dəli kimi sevib, onu sevən başqa qadından isə övladı dünyaya gəlib.

Söhbət ABŞ-da 1970-ci illərdə silsilə cinayətlər törətmiş qatil və təcavüzkar Ted Bundy-dən gedir. Ted o qədər savadlı olub ki, yaşadığı dövrdə kimsə, hətta, hakim belə onun qatil olduğuna inanmayıb. Səliqəli geyimi, səlis danışığı ilə gənc qızların sevimlisinə çevrilən Tedin həbsxanada olmasına baxmayaraq ona vurulan qızlar da olub.

Bir neçə dəfə həbsdən qaçan Ted axıra qədər özünün məsum olduğuna inandırsa da, sonda anasının istəyi ilə "təslim olub".

2 saat boyunca izləyicilərini ekrana bağlayan kinonun baş rolunu Zak Efron ifa edib. Onun tərəf müqabili isə Lili Kolins olub. Onlar ekran işində bir neçə dəfə sevişiblər.


Xəbərə aid fotolar