Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiqlənib


Digərləri 24 May 2019 09:14:00 242 0

Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiqlənib

"Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları" təsdiqlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2005-ci il Fərmanında dəyişiklik edilməsi haqqında" dövlət başçısının 2018-ci il 1 iyun tarixli Fərmanının 1.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları" təsdiq olunub.

Bu Qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.