Azərbaycan nefti ucuzlaşır


Digərləri 24 May 2019 08:42:00 212 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 74,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,48 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,92 dollar/barel azdır.