ABŞ Senatının Komitəsi 750 milyardlıq müdafiə büdcəsini razılaşdırıb


Dünya 24 May 2019 08:33:00 211 0

ABŞ Senatının Komitəsi 750 milyardlıq müdafiə büdcəsini razılaşdırıb

ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi 2020-ci il üçün müdafiə büdcəsini razılaşdırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Komitənin rəhbərləri Cim İnhof və Cek Rid bildiriblər.

Məlumata görə, qanun layihəsi 2020-ci ildə milli müdafiəyə 750 milyard dolların ayırılmasını nəzərdə tutur. Baza büdcəsi 642,5 milyard dollardır, daha 23,2 milyard dollar isə Energetika Nazirliyinin hərbi proqramlarına xərclənəcək.

Bundan başqa 75,9 milyard dollar xaricdə nəzərdə tutulmayan əməliyyatlara ayırılıb.