Meksikada bağlı evdə susuz və qidasız 200dən çox miqrant tapılıb


Dünya 24 May 2019 08:35:00 211 0

Meksikada bağlı evdə susuz və qidasız 200dən çox miqrant tapılıb

Meksika hakimiyyəti paytaxt ətrafında bağlı evdə əsasən Mərkəzi Amerikadan olan 230 miqrantı susuz və qidasız tapıb.

Son.az Trend-ə istinadən bildirir ki, Ekatepek rayonunda yerləşən şübhəli ev barədə məlumatı qonşular verib.

Hadisə yerinə polis, mülki müdafiə xədmətləri gələndə evdə yüzlərlə insanın susuz və qidasız olduğunu aşkar edib. Miqrantlar arasında 64 nəfər azyaşlı olub.

Miqrantlar azad edilib və qida məhsulları ilə təmin edilib.