Çində qayığın aşması nəticəsində ən azı 5 nəfər ölüb


Dünya 24 May 2019 08:37:00 230 0

Çində qayığın aşması nəticəsində ən azı 5 nəfər ölüb

Çinin Quyçjou vilayətində qayığın aşması nəticəsində ən azı 5 nəfər ölüb, 13 nəfər itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla cümə axşamı günü 18:30-da baş verib.

İlkin məlumatlara əsasən, qayıqda 29 nəfər olub, onlardan 11-i xilas edilib. Xəsarət alanlara tibbi yardım göstərilib.

Axtariş-xilasetmə əməliyyatları aparılır. Hadisənin səbəbləri araşdırılır.