Ruhani: "İran bombardmana məruz qalsa belə..."


Dünya 24 May 2019 08:08:00 179 0

Ruhani: "İran bombardmana məruz qalsa belə..."

İran bombardmana məruz qalsa belə təslim olmayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin prezidenti Həsən Ruhani ABŞ-la yaranan hərbi gərginlik fonunda deyib.

Prezident bildirib ki, bu gün İran üçün sarsılmazlıq vacibdir: "Düşmən anlamalıdır ki, qəlbimizdə ümidsizlik və çarəsizliyə yer yoxdur".

Ruhani əlavə edib ki, ölkəsi iqtisadi müharibəni yaşayır və burada ictimai rifah hücuma məruz qalır.