Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq


Digərləri 24 May 2019 07:46:41 205 0

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti BU YOLLA müəyyən olunacaq

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək. Trend-in məlumatına görə, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavələr edilir. Bu əlavəyə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə veriləcək. Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.