Həyat yoldaşı onu tərk etdi, bütün həyatı dəyişdi


Digərləri 24 May 2019 07:00:00 234 0

Həyat yoldaşı onu tərk etdi, bütün həyatı dəyişdi

Yaponiyada bir dərman şirkətində çalışan Şirapyon adlı şəxsin həyatı yoldaşı onu tərk edəndən sonra həyatı dəyişib.

Son.az xəbər verir ki, həyat yoldaşının onu tərk etməsinin səbəbi artıq çəkisi olub.

Ayrılıq səbəbini həzm etməyən Şirapyon həyatını tamamilə dəyişdirməyə qərar verib və mütəmadi idmanla məşğul olmağa başlayıb.

"5 il əvvəl boşandım. Əvvəlcə ancaq spirtli içki içirdim və daha da kökəlmişdim. Amma sonra bədənimin formaya düşməsi üçün idman etməyə başladım. Əvvəlcə öz istəyimlə 12 kilo arıqladım və Bodibildinq Çempionatına qatıldım. İlk müraciətdə seçilmədim, amma ruhdan düşmədim və 4 il idman salonlarında tər tökdüm",- deyə o, həyat hekayəsini paylaşıb.

O bildirib ki, bodibildinqlə məşğul olmasının səbəbi möhtəşəm bədənini nümayiş etdirmək deyil, insanın istədiyi vaxt həyatını dəyişdirmək gücünü sahib olduğunu göstərməkdir.


Xəbərə aid fotolar