ABŞ Senatının Komitəsi 750 milyardlıq müdafiə büdcəsini razılaşdırıb


Digərləri 24 May 2019 06:22:00 199 0

ABŞ Senatının Komitəsi 750 milyardlıq müdafiə büdcəsini razılaşdırıb

ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi 2020-ci il üçün müdafiə büdcəsini razılaşdırıb.

Bakı. ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsi 2020-ci il üçün müdafiə büdcəsini razılaşdırıb. Trend-in məlumatına görə, bunu Komitənin rəhbərləri Cim İnhof və Cek Rid bildiriblər. Məlumata görə, qanun layihəsi 2020-ci ildə milli müdafiəyə 750 milyard dolların ayırılmasını nəzərdə tutur. Baza büdcəsi 642,5 milyard dollardır, daha 23,2 milyard dollar isə Energetika Nazirliyinin hərbi proqramlarına xərclənəcək.