Norveçin paytaxtında özü idarə olunan avtobuslardan istifadə etməyə başlayıblar


Digərləri 24 May 2019 00:45:00 206 0

Norveçin paytaxtında özü idarə olunan avtobuslardan istifadə etməyə başlayıblar

Norveçin paytaxtında elektrik mühərriki ilə işləyən, özü idarə olunan avtobuslardan istifadə etməyə başlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Osloda 35 nömrəli marşrut avtobusları indi elektriklə işləyir.

Yeni avtobuslar hələlik nisbətən qısa marşrutda test rejimində istifadə olunur. 11 sərnişin yeri olan avtobusda gediş haqqı adi sistem üzrə ödənilir.

Yerli KİV-lər yazırlar ki, avtobusun kompüter və müxtəlif ölçmə cihazları vasitəsilə idarə edilməsinə baxmayaraq, hələlik salonda sürücü də var. O, sərnişinlərə xidmət göstərəcək, onlara kömək edəcək və ekstremal vəziyyət yarandıqda avtobusun idarə edilməsi vəzifəsini öz üzərinə götürəcək.