“Huawei” öz əməliyyat sistemini yaradacaq


Digərləri 23 May 2019 23:57:00 206 0

“Huawei” öz əməliyyat sistemini yaradacaq

"Huawei" noutbuk və smartfonlarında "Windows" və "Android" əməliyyat sistemlərini öz əməliyyat sistemi ilə əvəzləyə bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, Bu barədə CNBC yazır.

Şirkət bildirib ki, yalnız ABŞ hökuməti onun məhsullarında "Google" və "Microsoft"  sistemlərindən istifadəyə qadağa qoyacağı təqdirdə, belə bir addım atacaq. "Huawei" rəsmiləri gələcəkdə də "Google" və "Microsoft"la əməkdaşlığı davam etdirmək istədiklərini vurğulayır.

Telekanalın məlumatına görə, Çin bazarı üçün nəzərdə tutulmuş əməliyyat sistemi artıq  bu il hazır olacaq, beynəlxalq bazarlara isə 2020-ci ilin əvvəli və ya ortalarında çıxarıla bilər.