Yorğunluq altında yatan ciddi xəstəliklər –


Digərləri 23 May 2019 23:25:00 288 0

Yorğunluq altında yatan ciddi xəstəliklər –

Bəzən yanlış olaraq yorğunluğu, halsızlığı xəstəlik, diaqnoz kimi yox, sadəcə iş-güc və stresin çoxluğuna yozurlar.

Yorulmuşam keçib gedəcək, deyənlər, əgər yorğunlğunuz 3-6 ay ərzində getmirsə, günlərlə yatsanız da, tətil götürüb istirahət etsəniz də azalmırsa, əksinə hər gün sizi həyatın ritmindən geriyə çəkirsə, o zaman altda yatan ciddi səbəbləri, xəstəlikləri, riskləri araşdırıb, müayinə olunmaq lazımdır.

Adi yorğunluqdur düşünüb, vaxtında həkimə getməməklə, müalicədə gecikən xəstələr minlərlədir.

Sizi qorxutmaq istəməsək də, yorğunluq altında yatan, gizlənən xəstəlikləri sadalayırıq.

Son.az medicina.az-a istinadən bu xəstəliklərin daha çox hallarda yorğunluq, halsızlıq, gücsüzlük simptomları verdiyini bildirir.

1.Qan azlığı, anemiyanın müxtəlif növləri

Anemiya təkcə bir qanazlığı demək deyil. Onun altında müxtəlif çoxlu hemotoloji sindromlar var.

Anemiya zamanı dəri ağ, qansız, göyərmiş olur, xüsusən ağız-burun ətrafı göyərir, ürək döyünmə artır, tənəffüs çətinləşir. Qanazlığı adi hemoqlobin analizi ilə bilinir. Amma anemiyanın hansı növünün olmadı üçün müxtəlif analiz və müayinələr lazımdır ki, onu da terapevt təyin edir. Qanazlığı təkcə yeməklə düzəlmir, mütləq dərman qəbul olunmalıdır.

2.Ürəyin işemik xəstəlikləri

Əgər ürəkdə ağrı, sancl yoxdursa, deməli sağlamdır düşünənlər yanılır. Adi işdən yorulma, çox gəzəndə yorğunluq, səhər-axşam əzginlik elə ürək xəstəliklərinin ilkin simptomu ola bilər.

Ürək damarları normal işləmədikdə orqanizm qan və oksigenlə yaxşı təmin olunmur, ona görə insan lazımi enerjini almır və daim yorğun olur. Hazırda ürəyin diaqnostikasında ən yaxşı metod kardioqramma yox, angioqrafiya hesab olunur.

3. Şəkərli diabet

Müasir dövrün bəlası, gəncləşən xəstəlik. Qlükoza orqanizm üçün enerji mənbəyidir. İnsulin dayanıqlıq olanda o hüceyrələrə lazımi miqdarda getmir və insan güc azlığı, yorğunluq hiss edir. Diabetdən öncə preddiabet mərhələsi olur, o zaman da insan əzgin, yorğun ola bilər.

Ona görə istənilən uzun müddətli yorğunluq halında venadan şəkər analizi verilir. Aclıq və toxluq şəkəri fərqləndirilir. Şübhə varsa, endokrinoloqa gedib, dəqiq müayinə olunur.