Türk lider buna əsla icazə verməz


Dünya 23 May 2019 23:29:00 262 0

Türk lider buna əsla icazə verməz

S-400-dən imtina etmək Ərdoğan üçün imicini itirmək deməkdir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko deyib.

"NATO ölkəsi, üstəlik döyüşkən ölkə Rusiya istehsalı S-400 alır. İkincisi də, ABŞ-ın müdafiə büdcəsi itki ilə üzləşir. Milyardlarla dollar ABŞ istehsalçılarının əlinə keçməyəcək. ABŞ ən çox S-400 məsələsindən narahat idi. Ona görə də təhdidə, şantaja və təzyiqə əl atır. Amma bacarmayacaqlar. Ərdoğan üçün S-400-dən imtina etmək, imicini itirmək anlamına gələr. Bu səbəbdən türk lider buna əsla icazə verməz", - deyə ekspert bildirib.