İsraildə meşə yanğınları: qəsəbələr təxliyə olundu


Dünya 23 May 2019 23:03:00 206 0

İsraildə meşə yanğınları: qəsəbələr təxliyə olundu

İsrailin mərkəzi hissəsində güclü yanğınlar səbəbindən qəsəbələr və magistral yollar bağlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu polis bildirib. Məlumata əsasən, yanğınlar Qüds və Modiin şəhərlərində baş verib. Yanğının yayılmasına əsas səbəb cümə axşamı günündən başlayan quru və isti havadır.

Hüquq-mühafizə orqanlarının rəsmisi Miki Rozenfeld bildirib: "Polis və xilasetmə qrupları Qüds və Modiinin ərazisində yanğını söndürməyə çalışır. Yollar baglanıb və Modiin ətrafında qəsəbələr təxliyə olunub".

Qeyd edək ki, yerüstü vasitələrlə yanaşı, yanğınlar xüsusi aviasiya mübarizə aparır.