Artan ürək yarasını bərpa edə bilən hidrogel yapışdırıcı


Digərləri 23 May 2019 23:10:00 209 0

Artan ürək yarasını bərpa edə bilən hidrogel yapışdırıcı

Çinli araşdırmaçılar tərəfindən hazırlanmış xüsusi bir bioloji yapışdırıcı sayəsində idarəsiz bir formada qanayan ürək və arteriyalar günün birində bərpa edilə bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, açıq yaraya tətbiq olunan yapışdırıcı ultrabənövşəyi işıqla aktivləşən qeyri-toksik hidrogeldən meydana gəlir. Sürətlə yapışan bu xüsusi yapışdırıcı, toxumalar kimi sürüşkən səthlər və ya atan ürək toxumasını yapışdırmaq üçün istifadə edilə bilər. Yapışdırıcı hələ insan orqanlarında istifadə edilməsə də, prototip dovşanlardakı kəsiklərdə çox yaxşı iş gördü. Mövcud cərrahi yapışdırıcılardan çox daha yaxşı nəticə göstərdiyi müşahidə edildi.

"Beləcə ilk dəfə atan bir ürəkdəki yüksək təzyiqli qanayan 6 mm kardiak penetrasialı dəliklər sürətlə bağlanıldı və yaralar yalnız matriks gel istifadə edilərək hər hansı bir tikiş olmadan 20 saniyədə bağlanıldı", - deyə araşdırmaçılar bildirir. Həmçinin, bənzəri materialların zərərli kimyəvilər ehtiva etdiyi və sonra əlavə tikişlər tələb edə biləcəyini əlavə edirlər. Bu yeni prototipin sanki heç bir problemi yoxdur.

Toxuma mühəndisi Honqvei Ouyanq, yapışdırıcının 3 ilə 5 il ərzində bazara çıxarıla biləcəyini düşünür.