Bakı bulvarında qadın özünü dənizə atdı


Digərləri 23 May 2019 22:41:00 186 0

Bakı bulvarında qadın özünü dənizə atdı

Dənizkənarı Bulvarda qadın intihara cəhd edib.

Son.az oxu.az-a istinadən bildirir ki, 32 yaşlı Babayeva Nuranə Məhəmməd qızı Bulvar ərazisində özünü dənizə atıb.

Hadisə yerinə FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub. Onu sudan çıxarmaq mümkün olub.

N.Babayeva dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.