Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər


Digərləri 23 May 2019 22:42:00 203 0

Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu abituriyentlər yalnız ingilisdilli ixtisaslara qəbul ola biləcəklər:

"Son beş ildə ingilisdilli ixtisasların sayı beşdən 69-a artırılıb. Hər il bu ixtisasların sayında artım olacaq".

"Beynəlxalq proqramlar əsasında təhsil alan şagirdlərin təhsil proqramları ilə Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul proqramları arasında fərq olurdu. Buna görə də həmin məzunlar ali təhsil almaq üçün xarici ölkərə üz tutmaq məcburiyyətində qalırdılar.