İsraildə meşə yanğınları: bir sıra qəsəbələr təxliyə olundu


Digərləri 23 May 2019 22:41:35 181 0

İsraildə meşə yanğınları: bir sıra qəsəbələr təxliyə olundu

İsrailin mərkəzi hissəsində güclü yanğınlar səbəbindən qəsəbələr və magistral yollar bağlanıb.

Bakı. İsrailin mərkəzi hissəsində güclü yanğınlar səbəbindən qəsəbələr və magistral yollar bağlanıb. Trend-in məlumatına görə, bunu polis bildirib. Məlumata əsasən, yanğınlar Qüds və Modiin şəhərlərində baş verib. Yanğının yayılmasına əsas səbəb cümə axşamı günündən başlayan quru və isti havadır. Hüquq-mühafizə orqanlarının rəsmisi Miki Rozenfeld bildirib: "Polis və xilasetmə qrupları Qüds və Modiinin ərazisində yanğını söndürməyə çalışır. Yollar baglanıb və Modiin ətrafında qəsəbələr təxliyə olunub". Qeyd edək ki, yerüstü vasitələrlə yanaşı, yanğınlar xüsusi aviasiya mübarizə aparır.