Əhya gecələri nə vaxta düşür?


Digərləri 23 May 2019 21:55:00 350 0

Əhya gecələri nə vaxta düşür?

Mübarək Ramazan ayını yaşamaqdayıq. Bu Müqəddəs ay ilə bağlı portalımızın elektron ünvanına çox sayda suallar daxil olur. Onların böyük hissəsi də bu il əhya gecələrinin hansı tarixə təsadüf etməsi ilə əlaqəlidir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2019-cu ildə bu gecələr mayın 24-dən 25-nə, 26-dan 27-nə və 28-dən 29-na keçən gecələrdir. Bu gecələrdə hansı əməllərin yerinə yetirilməsinə gəldikdə isə, həmin gecələr ərəfəsində saytımızın ana səhifəsində bu barədə ətraflı məlumat təqdim ediləcək.

Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Bu il həmin gecə mayın 31-dən iyunun 1-nə keçən gecəyə təsadüf edir.