Sümüklər üçün istifadə edilən maddə ürəyə də faydalıdır


Digərləri 23 May 2019 21:45:00 241 0

Sümüklər üçün istifadə edilən maddə ürəyə də faydalıdır

Sümüklərə və oynaqlara dəstək məqsədiylə istifadə edilən qlükozamin ürəyə də faydalıdır.

Sümük və oynaq ağrılarının müalicəsi üçün istifadə edilən bir çox dərmanlar var və bu dərmanların bir qisimində də faktor maddə olaraq qlükozamin var. Bu əhəmiyyətli dəstək maddəsinin bədənin digər qisimləri üzərinə də təsirləri var.

Son.az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalarda maddənin ürək sağlamlığına da yaxşı təsir etdiyi çıxdı. Hətta araşdırmaçılara görə qlükozaminin ürəyə olan faydası, sümüklərə və oynaqlara olan faydasından daha yüksəkdir.

Nümayiş olunan araşdırma, qlükozaminin yetkin insanların kardioloji xəstəliklərə tutulma riskinin 15% daha az olduğunu göstərdi. Araşdırma 466.039 xəstənin 7 illik dövrdəki məlumatları istifadə edildi.