İsraf ilə fəsadın rabitəsi


Digərləri 23 May 2019 21:50:00 214 0

İsraf ilə fəsadın rabitəsi

"İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın".

"O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar". ("Şuəra" 151-152).

Son.az deyerler.org-a istinadən bildirir ki, israf dedikdə, əslində qoyulmuş qanunlardan həddi aşmaq nəzərdə tutulur. Bu mövzu aydındır ki, hər kim varlıq aləminin qanunlarında həddi aşar, yer üzərində fəsad edənlərdən sayılar. Başqa sözlə desək, hər bir fəsadın başlanğıcı - israfdır.

İsrafın mənası genişdir. Bəzən yeyəcək və içəcəklərə aid edilir, bəzən intiqam almağa və qisas almağa, bəzən əqidədə şəkk etməyə, bəzən təkəbbür və istismara...

Böyük alimlərin də buyurduğu kimi, bu varlıq aləmi bir parça nizamdan ibarətdir. Hətta hissələrində müxtəlifliyə rast gəlinsə də, aralarında həmahənglik mövcuddur. Bu nizam saleh hədəflərə doğru hərəkətdədir.

Ona görə də hər bir hissəsi üçün müəyyən qırmızı xətlər təyin edilmişdir ki, onu keçmək olmaz. Əgər bu hissələrdən biri öz həddini aşarsa, varlıq aləminin başqa hissələrinin də nizamı pozular.