Orucun insanın ruhuna təsir mexanizmi necə işləyir?


Digərləri 23 May 2019 21:20:00 262 0

Orucun insanın ruhuna təsir mexanizmi necə işləyir?

Oruc insanın həm cisminə və həm də ruhuna təsir edən ibadətlərdəndir, xüsusilə də Ramazan ayının vacib orucu.

Orucun faydaları çoxdur ki, onlardan biri də tərbiyəvi təsirdir. Oruc insanı bir ay boyunca tərbiyə edər və nəfsinə qalib gəlməsi yolunda ona yardım edər.

Son.az deyerler.org-a istinadən bildirir ki, orucun tərbiyəvi təsirləri ilə tanış olaq:

1. Ruhu lətif edər. İnsan ruhu həmişə bədəni idarə edən bir maşındır. O zaman ki, insan Ramazan ayının bir aylıq vacib orucunu tutar, bədənə lazım olan yemək, içmək məhdudlaşar və müəyyən zamana qədər qadağan olunar. Bu zaman ruhun hakimiyyəti daha da güclənər və cismin təmininə ayıracağı zamanı, artıq mənəviyyata ayırar. Nəticədə ruh daha da lətif və güclü olar.

2. İradəni gücləndirər. Allah Təala oruc proqramını elə tərtib etmişdir ki, insan müəyyən saatlarda ac və susuz qalır və müəyyən saatlarda yeyir və içir. Bu əməli bir ay ərzində yerinə yetirmək nəfsi təmrin etdirər. Başqa aylarda etmədiyi bu əməl insan iradəsini gücləndirər və nəfsin hakimiyyətini zəiflədər.