XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib FOTO


Digərləri 23 May 2019 21:26:00 760 0

XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib  FOTO

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil Nazirliyinin və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Olimpiya mədəniyyəti və təhsil" proqramında iştirak edən məktəblər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş "İdman - sağlamlıq, dostluq, birlik" mövzusunda rəsm müsabiqəsinə start verilib.

MOK-dan Son.az-a bildiriblər ki, müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən işlərin müəllifləri Təhsil Nazirliyinin və Milli Olimpiya Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.

Müsabiqənin yekun sərgisi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində, daha sonra isə Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində Atletlər Kəndində nümayiş etdiriləcək.


Xəbərə aid fotolar