"UK & AZ Graffiti Show" adlı layihə təşkil olunacaq


Digərləri 23 May 2019 21:28:14 170 0

"UK & AZ Graffiti Show" adlı layihə təşkil olunacaq

"Arts Council Azerbaycan" təşkilatının birgə təşəbbüsü ilə “UK & AZ Graffiti Show” adlı layihə təşkil olunacaq.

Bakı. Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandaki səfirliyinin və "Arts Council Azerbaycan" təşkilatının birgə təşəbbüsü ilə “UK & AZ Graffiti Show” adlı layihə təşkil olunacaq. Trend-in məlumatına görə, layihə Azərbaycan və Böyük Britaniya mədəni ələqələrinin möhkəmləndirilməsinə və inkişafına yönəldilib. “Drax” ləqəbi olan ingiltərəli rəssam və Urban Art Azerbaijan birliyinin üzvü “Wish” ləqəbi olan Azərbaycan rəssamı ilə birgə divar üzərində rəsm əsəri yaradacaqlar Rəssamların iş prosesini canlı görmək üçün 29-30 may tarixlərində saat 12:00-16:00-dək Art Residence (Həsən Səyidbəyli 51) yaxınlaşaraq izləyə bilərsiz İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Azernews.az Giriş sərbəstdir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin