İdman geyimləri qadınları liposaksiya əməliyyatlarına sövq edir?


Digərləri 23 May 2019 21:03:00 351 0

İdman geyimləri qadınları liposaksiya əməliyyatlarına sövq edir?

Kosmetik əməliyyatlar edən aparıcı cərrahlara görə, qadınlar arasında liposakiya əməliyyatlarının artmasının mümkün səbəbi qadınların dəbdə olan bədənə yapışan idman paltarlarında daha gözəl görünmək arzusudur.

Həkimlər qeyd edirlər ki, cərrahiyyə əməliyyatı müsbət nəticə versə də, riskli ola bilər və lipoksasiya əməliyyatına "son çarə" kimi baxılmalıdır.

Liposaksiya

Liposaksiya əməliyyatında piy hüceyrələri götürülür, lakin bu əməliyyat arıqlamağı əvəzləmir Bu əməliyyat kökəlməyinizin qarşısını almayacaq Bədənizdən çıxarılacaq piyin miqdarına səhhətinizə zərər vurmamaq şərti məhdudiyyət qoyur Nəzərdə tutduğunuz zonanı istədiyiniz qədər arıqlatmaq mümkün olmaya bilər Bir qayda olaraq omba və qarın konturunu dəyişmək məqsədi güdülür Müvafiq hazırlıq keçmiş və rəsmi lisenziyası olan cərraha müraciət etmək lazımdır

Mənbə: Britaniya Plastik Estetik Cərrahlar Assosiasiyası

Britaniyada liposaksiya əməliyyatlarına dair statistikanı izləyən Plastik Estetik Cərrahlar Assosiasiyasının təmsilçisi Rajiv Grover deyir ki, "əməliyyatların sayında artım idmanyönümlü paltarların dəbə düşməsi dövrünə təsadüf edib, bu növ paltar bədən cizgilərinizi örtməkdənsə hansı fiziki formada olduğunuzu göstərir".