Bu meyvəni yesəniz, hamıdan gec qocalacaqsınız


Digərləri 23 May 2019 21:05:00 207 0

Bu meyvəni yesəniz, hamıdan gec qocalacaqsınız

Vətəni çin olan kivi orqanizm üçün olduqca faydalıdır. Möcüzəli giləmeyvə müxtəlif vitamin və mikroelementlərlə zəngindir. Kivi tərkibindəki C vitamininin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yerdədir. Bundan əlavə, kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP  vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.  

Son.az medicina.az-a istinadən kivinin insan orqanizminə faydaları barədə maraqlı məlumatları təqdim edir.   Kivi ağciyərin funksiyasını yaxşılaşdırır, bədəndə olan piyləri əridir, cinsi hormonların istehsalını tənzimləyir.   Qırışıqlıqları azaldır   Kivi E vitamini qaynağıdır. Bu vitamin isə qırışların düşmənidir. Meyvədə yüksək miqdarda C vitamini var. İmmuniteti artırmaq və orqanizmi xəstəlik törədən mikroorqanizmlərdən qorumaq üçün gündə 1-2 ədəd kivi yemək məsləhətdir. Orqanizmdə C vitamini çatışmadıqda əsəb sistemi pozulur, yuхusuzluq və həddən artıq həssaslıq yaranır. Meyvə eyni zamanda güclü antioksidantdır.

Qocalmanı ləngidir   Zamanı geri almaq mümkün deyil, lakin yaşlanmağı gecikdirmək imkan daxilindədir. Tərkibində antioksidləşdiricilər olduğuna görə qocalığı gecikdirən meyvələr sırasındadır. Bədənimiz özünə lazım olduqca antioksidant maddələri ifraz edir. Askorbin turşusu mübadilə proseslərində iştirak edir, orqanizmin hüceyrələrini azad radikalların təsirindən qoruyur, bədəni cavanlaşdırır və vaxtından əvvəl qocalma prosesinin qarşısını alır.

Ultra  bənövşəyi şüalardan qoruyur   Kividə bol miqdarda amin turşusu var. Bu xüsusiyyətinə görə cildi günəşin zərərli şüalarında qoruyur. Bu meyvədə olan lutein təbii filtr kimi dərinizi qoruyacaq. Kivi ilk olaraq üz dərisinin elastikliyinə səbəb olur. A və E vitaminlərə sayəsində qocalma prosesini ləngidir. Dərinin elastikliyini və möhkəmliyini qoruyur.  

Sızanaqları aparır   İltihab əleyhinə ən təbii vasitədir. Sızanaqların qarşısını alır. E vitamini ilə zəngin olan kivi sızanaq və yara izlərini azaltmağa kömək olur. Üzünüzdəki sözügedən problemdən xilas olmaq üçün kivi maskası tətbiq edə bilərsiniz.

Kivi ilə üz maskasının hazırlanması:   Dərinizə püre halına gətirilmiş kivi çəkin və qurumasını gözləyin. Sızanaqlarınız yox olana qədər bunu gündə bir dəfə təkrar edə bilərsiniz.

1 kivi, 1 xörək qaşığı limon suyu və balı qarışdırıb üzünüzə vurun. 15 dəqiqə saxlayıb soyuq su ilə yuya bilərsiniz.