Oruc tutub, iftardan sonra spirtli içki İÇƏNLƏR...


Digərləri 23 May 2019 20:51:00 216 0

Oruc tutub, iftardan sonra spirtli içki İÇƏNLƏR...

Spirtli içki qəbul etmək hər bir müsəlman üçün Allahın haram etdiyi əməllərdəndir. Bəzi insanlar var ki, onlar müqəddəs Ramazan ayında da spirtli içki qəbul edirlər.

Son.az bildirir ki, ilahiyyatçı Elvüsal Məmmədovun Modern.az-a açıqlamasına görə, hər bir müsəlman Allaha inanırsa, onun bizlərə əmr etdiyi qadağalardan çəkinməli, buyurduqlarına riayət etməlidir.

"Ümumiyyətlə, spirtli içki müsəlmanlara haram buyurulub. Ramazan ayına gəldikdə isə müsəlman bilməlidir ki, Allaha itaət konkret vaxtla hesablanmır. Elə bir qayda yoxdur ki, bir müddət Allaha itaət olunsun, sonra isə yox. Ramazan ayında təbii ki, insanlar içkidən uzaq durmalıdırlar. Spirtli içki qəbuluna görə insanları qruplara ayırmaq olar. Alkaqolun təsiri ilə içki aslılığından əziyyət çəkən insanlar və sıradan içki qəbul edən insanlar. Elmdə məlumdur ki, alkoqolun tərkibində narkotik maddə olduğuna görə insanlar içkiyə bağlı şəkildə yaşamağa başlayırlar". 

Elvüsal Məmmədovun sözlərinə görə, bəzi insanlar oruc tutub, iftardan sonra içki qəbul edirlər.