O hansı işdir ki, yüz min manat maya qoyub 160 min götürmək olar?!


Digərləri 23 May 2019 20:44:00 261 0

O hansı işdir ki, yüz min manat maya qoyub 160 min götürmək olar?!

Azərbaycanda kənd təsərrüfatına yatırım qoymaq istəyən iş adamları, fermerlər üçün qısa müddətə yaxşı gəlir götürmək imkanı verən çiyələk əkini genişlənir.

Son.az bildirir ki, Virtualaz.org-un araşdırmasına görə, çiyələk becərən fermerlər son bir ildə bu sahədən yaxşı gəlir götürə bilirlər. Amma bir məsələ var ki, bazarlara çıxarılan çiyələklər də bu il həddən artıq iriləşib. Bu ilki mövsümdə Bakı bazarlarının piştaxtalarını nəhəng ölçülü çiyələklər bəzəyir. Üstəlik bu giləmeyvəni alanlar onun dadsızlığından və ənənəvi çiyələk ətrinin "yoxa çıxmasından" gileylənirlər.

Lakin fermerlə deyirlər ki,  nəhəng və dadsız olsalar da bu çiyələklərə xarici bazarlarda yaxşı tələbat var. Yəni onlar məhsulu ixrac edib qazanırlar.

Builki mövsümdə Rusiyanın meyvə-tərəvəz bazarında Azərbaycan çiyələyinə təlabat artıb. Mayın 10-dan Rusiyaya gündə təxminən 50-80 ton çiyələk ixrac olunur. Yaxın günlərdə isə ərəb ölkələrinə çiyələk ixrac edəcək. Bəlli olub ki, tez xarab olan məhsul kimi çiyələk ixracındakı əvvəlki illərdən qalan problemlər də prezident İlham Əliyevin tapşırığı ilə həllini tapıb.

Niyə Cəlilabad, Şəmkir və Xaçmaz çiyələyi?

Son 1 həftədə çiyələk 25-30 faiz ucuzlaşıb və iyunun əvvəlindən qiymətlər bir qədər də aşağı düşəcək. Bakının "Vosmoy bazar" kimi tanınan,  Nizami rayonu, Naxçıvanski küçəsindəki meyvə-tərəvəz məhsullarının topdansatış bazarında çiyələyin kiloqramı 1 manat 20 qəpik-4 manata təklif edilir. Satıcılar deyirlər ki, daha çox Cəlilabad, Şəmkir  və Xaçmazdan gətirilən məhsullara üstünlük verilir.

"İqliminə görə bu rayonlarda yetişdirilən çiyələklər dadlı olur. Hətta istixana şəraitində yetişdirilmiş çiyələklərdə də fərq hiss edilir",-satıcılardan biri izah edir. Digəri isə deyir ki, bir neçə gündən sonra açıq havada yetişdirilmiş çiyələk satışda olacaq, dadlı çiyələk istəyənlər 10-15 gün gözləsinlər.

Marketlərdə də satıcılar satışdakı çiyələyin yerli istehsal olduğuna and-aman edirlər. Deyirlər ki, yerli çiyələklərin GMO sortlar olmadığına əmindirlər.

Ənənəvi yerli sortlar sıradan çıxır

İqtisadçı ekspert Akif  Nəsirli deyir ki, yerli sortlar məhsuldar olmadığından fermerlər xarici sortlara üstünlük verirlər. Bir neçə ildir Azərbaycana GMO tərkibli məhsulların, eləcə də toxumların gətirilməsi qadağan edilib, bununla da yerli bazar belə məhsullardan təmizlənir.

Nəsirlinin sözlərinə görə,  hələ də satışa çıxarılan çiyələyin GMO tərkibli olması ehtimalları səsləndirilir, amma bunu  yalnız laborator analizləri ilə aşkarlamaq mümkündür. Çünki meyvənin görünüşü və ya dadı ilə tərkibi haqda rəy bildirmək olmaz: "GMO tərkibli məhsulların gətirilməsinin qadağan edilməsi doğru addımdır, çünki geni dəyişdirilmiş məhsullar dərhal zəhərləmədiyindən şübhə yaratmır. Belə məhsullarla qidalandıqda  orqanizmə tədricən zərər vurur. Məsələn, geni dəyişdirilmiş məhsullarla qidalanma xərçəng xəstəliyinin yaranma səbəblərindən biri kimi göstərilir".

80-100 min sərmayə qoyur, nə qədər qazanır...

Fermerlər əsasən Türkiyə, İtaliya və İspaniyadan gətirilən "Clery", "Murano",  "Viktoriya", "Portala", "Monterey", "Albion", "SanAndreas" və bu kimi sortlara üstünlük verirlər.