İran üzərində qara buludlar cəmlənib:


Dünya 23 May 2019 20:34:00 201 0

İran üzərində qara buludlar cəmlənib:

Pentaqon İranla baş verən gərginlik fonunda Ağ Evə Yaxın Şərqə əlavə hərbçi göndərmək barədə plan təqdim edib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, söhbət regiona on minlərlə ABŞ hərbçisinin göndərilməsindən gedir. "Fox News" xəbər verir ki, planda "Patriot" zenit komplekslərinin yerləşdirilməsi və hərbi gəmilərin göndərilməsi də nəzərdə tutulub.

Qeyd edilir ki, məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb və Ağ Evin Pentaqonun planını, tamamilə və ya qismən təsdiqləyəcəyi aydın deyil.

Xatırladaq ki, mayın əvvəlində Birləşmiş Ştatların prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarından istisnanı nəzərdə tutan qərarı uzatmaqdan imtina edib. Bu qərar İranın neft ixracını sıfıra endirməyə hədəflənib.

Ötən il Birləşmiş Ştatlar birtərəfli qaydada İranla bağlanan nüvə sazişindən çıxıb və yenidən rəsmi Tehrana qarşı sanksiyalar tətbiq edib. Lakin bir sıra ölkələrə - Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə qarşı müəyyən müddət üçün istisnalar tətbiq olunmuşdu.