"Ferrari" 2 mindən artıq avtomobili geri çağırır


Digərləri 23 May 2019 20:39:00 197 0

"Ferrari" 2 mindən artıq avtomobili geri çağırır

"Ferrari" avtomobil markası Çin bazarında 2071 avtomobilini geri çağırır.

Son.az Trend-ə istinadən bildirir ki, avtomobillərin geri çağırılmasına səbəb təhlükəsizlik yastıqlarında aşkarlanan problem olub.

Bildirilir ki, avtomobillərin geri çağırılması prosesi cari ilin iyul ayının 1-dən başlayacaq, 2013-cü ilin aprel ayının 8-dən 2017-ci ilin noyabr ayının 28-dək buraxılan və Çinə idxal edilmiş avtomobillərə şamil ediləcək.

Bundan əlavə qeyd edilir ki, söhbət Yaponiya şirkəti "Takata"nın istehsal etdiyi təhlükəsizlik yastıqları olan avtomobillərdən gedir.